Azərbaycan Macarıstanla Qarabağda birgə müəssisələr yarada bilərbackend

Azərbaycan Macarıstanla Qarabağda birgə müəssisələr yarada bilər

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Macarıstan şirkətlərinin iştirakını çox istəyirik. Amma ən çox istəyimiz məsələ Qarabağda birgə müəssisələrin yaradılmasıdır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Yaxşı olar ki, iki ölkənin şirkətləri həm Macarıstanda, həm də Qarabağda birgə müəssisələr yaratsınlar və investisiya qoyuluşunu davamlı olaraq artırsınlar”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*