Azərbaycan neftinin qiyməti bahalaşıb.
KONKRET.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2, 41 % artaraq 82, 49 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
