Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.
KONKRET.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti dünya bazarında 98,73 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.