Azərbaycan neftinin qiyməti 78 dolları ÖTDÜbackend

Azərbaycan neftinin qiyməti 78 dolları ÖTDÜ

Dünya bazarında Azərbaycanda hasil olunan “Azeri Light” (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 13 iyul tarixində 1,32% artaraq 78,03 dollar olub.

KONKRET.az xəbər verir ki, “Azeri Light” markalı neftinin qiyməti son bir ay ərzində 5 dollardan çox bahalanıb. Bu ilin əvvəlində isə “Azeri Light” (CIF) markalı neftin 1 barelinin qiyməti 54 dollar olub.

Məlumat üçün bildirək ki, “Azeri Light” markalı neftin qiyməti ötən ilin aprel ayının 22-də ən aşağı səviyyəyə – 1 barelinin qiyməti 15,8 dollara düşüb. “Azeri Light” markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel “Azeri Light” markalı neftin qiyməti 149,66 dollar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*