Azərbaycan neftinin son qiymətibackend

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dollar, yaxud 0,6 % azalıb.

KONKRET.az xəbər verir ki, “Azeri Light” markalı neft hal-hazırda 94,74 ABŞ dollarına satılır.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*