“Azərbaycan ordusu Qafan aeroportundan 100 metr aralıdadır, Kim uçuşa cürət edə bilər?” – Akopyanbackend

“Azərbaycan ordusu Qafan aeroportundan 100 metr aralıdadır, kim uçuşa cürət edə bilər?” - Akopyan

“Qafan hava limanının istismara verilməsi hakim qüvvələrin  seçkilərdə qələbəni təmin etmək üçün xalqa verdiyi boş vəd idi”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Zəngəzur vilayətinin keçmiş qubernatoru “Hayastan” fraksiyasından olan deputat Vahe Akopyan deyib.

İrəvan-Qafan-İrəvan müntəzəm reyslərinin 2022-ci ilin yanvarından planlaşdırıldığı barədə məlumat noyabrın 11-də yayılıb. Lakin bir neçə gün sonra məlum olub ki, Ermənistanın Mülki Aviasiya Komitəsi İrəvan-Qafan marşrutu üzrə uçuş müraciətlərini geri çevirib. Hakimiyyət Qafan aeroportu ilə bağlı məsələ qaldırarkən insanların gözünə kül üfürürdü. Hava limanı işləyəcəyi halda, heç kim onun təhlükəsizliyinə heç bir zəmanət verə bilməz. Bu, tamamilə hakimiyyətin yalan və populizm siyasətinin təzahürüdür” – deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri hava limanından 100-150 metr aralıda yerləşir. Ona görə də. Zəngəzur hava limanından uçuşlar mümkünsüzdür.  Akopyan Sünik hava limanından uçuşların mümkünsüz olduğunu vurğulayıb: “Kim buna cürət edə bilərdi?” – deyə deputat sual ünvanlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*