Azərbaycan Ordusu Xankəndi və Əsgəranda irəliləyir – ŞOK AÇIQLAMAbackend

Azərbaycan Ordusu Xankəndi və Əsgəranda irəliləyir - ŞOK AÇIQLAMA  

Qondarma rejimin Təhlükəsizlik Şurasının sədri Vitali Balasanyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, Azərbaycan tərəfinin mövqelərini Əsgəran, Xankəndi, Qırmızı bazar qəsəbəsi və Ağdam istiqamətində irəli çəkdiyini bildirib. Onun sözlərinə görə, bu hallar barədə Rusiya sülhməramlılarına məlumat verib və bəzi hallarda sülhməramlılar təmas xəttini bərpa ediblər.

Erməni generalın sözlərinə görə, Azərbaycan Ordusu sözügedən mövqələrdə möhkəmlənir. “Buna baxmayaraq, bizim müdafiə ordumuz sayıqlıq nümayiş etdirir”, – deyə Balasanyan fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*