“Qarabağ Azərbaycanın tərkibində ola bilməz, çünki Azərbaycan Qarabağ üçün əsas “təhlükə”dir”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanşünas Tatevik Ayrapetyan Facebook səhifəsində yazıb.
“Bu gün Qarabağın “blokada”sının 66-cı günüdür. Artıq 66 gündür ki, Azərbaycan Qarabağı xarici dünya ilə birləşdirən yeganə yolu “bağlayıb”. Vəziyyət mürəkkəbdir,
Təəssüf ki, 66 gündən sonra həll yollarını görmək çətindir.
Onlar bir şeyi anlamalıdırlar ki, Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Çünki Azərbaycan Qarabağ üçün əsas “təhlükə”dir.
Qarabağdakı soydaşlarımızın bugünkü müqaviməti uzunmüddətli perspektivdə Ermənistanı, daha dəqiq desək, Zəngəzuru qoruyur.
Azərbaycan Qarabağa məsələsini bağlayandan sonra Zəngəzura keçməyi açıq şəkildə planlaşdırıb”, – deyə Ayrapetyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
