Azərbaycan Rusiyada saxlanılan sənədlərə birbaşa çıxış əldə edəcəkbackend

Azərbaycan Rusiyada saxlanılan sənədlərə birbaşa çıxış əldə edəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda (“Rosstandart”) saxlanılan 39 123 sənədə çıxış əldə etməklə bağlı qarşı tərəflə razılıq əldə edib.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu məsələ “Rosstandart”ın Baş icraçı direktoru Anton Şalayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə yeni standartların ölkəmizdə bilavasitə tətbiqi məqsədilə razılaşdırılıb. //”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*