Azərbaycan “Spike”ları erməni tanklarını bir-bir “ovlayır” – VİDEObackend

Azərbaycan “Spike”ları erməni tanklarını bir-bir “ovlayır” - VİDEO

44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu düşmənin zirehli texnikasını bir çox hallarda döyüşə girməyə imkan tapmamış məhv edib. Bu zaman onları əsasən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri öz “ağıllı” raketləri ilə məhv edirdi. Digər hallarda isə Azərbaycan ordusunun “Spike NLOS” raketləri ilə silahlanmış döyüş vertolyotları və “Spike” raketləri ilə silahlanmış tank əleyhinə raket bölmələri “ovlayırdı”. Nəticədə düşmənin zirehli tank bölmələri praktiki olaraq heç nəyə yaramadı, “metallom”a çevrildi və ya erməni hərbçiləri bir çox hallarda onları heç döyüşə çıxarmadan atıb qaçdılar.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycan ordusunun tank əleyhinə bölmələrinin “Spike” raketləri ilə düşmən tanklarını necə ovladığına dair görüntülər yayılıb. Həmn görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*