“Azərbaycan-Türkiyə nümayəndə heyəti İrəvana gedib?” – Ermənistan MN-dən AÇIQLAMAbackend

“Azərbaycan-Türkiyə nümayəndə heyəti İrəvana gedib?” - Ermənistan MN-dən AÇIQLAMA

Ermənistanın “Hraparak” qəzeti Meğridə Azərbaycandan Naxçıvana gedəcək yolun tikinti sahəsini araşdırmaq üçün Bakıdan təyyarə ilə Azərbaycan-Türkiyə nümayəndə heyətinin İrəvana getməsi ilə bağlı xəbər yayıb.

KONKRET.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatı təkzib edib.

“Mətbuatda Azərbaycan-Türkiyə nümayəndə heyətinin 8 apreldə İrəvana gəldiyi barədə məlumatlar həqiqətə uyğun deyil”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Nazirlik medianı həssas mövzularda təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*