“Azərbaycan Türkiyəyə daha çox can atır, Rusiya dostunu itirir?”- Peskovdan QƏRİBƏ CAVABbackend

"Azərbaycan Türkiyəyə daha çox can atır, Rusiya dostunu itirir?"- Peskovdan QƏRİBƏ CAVAB

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumenti i Faktı” nəşrinə geniş müsahibəsində Azərbaycan və Ermənistanla münasibətlər haqda da danışıb.

KONKRET.az xəbər verir ki, jurnalist Peskovdan soruşub:

“Qarabağdakı hadisələrdən sonra belə narahatlıq varmı ki, biz Zaqafqaziya respublikalarını dostlar qismində tamamilə itiririk? Ermənistanda daxili çaxnaşmadır, Azərbaycan isə getdikcə Türkiyəyə daha çox can atır…”

Dmitri Peskovun cavabı belə olub:

“Bizim Azərbaycanla etimada, qarşılıqlı hörmətə əsaslanan gözəl münasibətlərimiz var. Onlar olduqca çox aspektlərə malik ola bilər, hansı ki, qarşılıqlı fayda gətirir. Ermənistanla da tarixən yaxşı münasibətlərimiz var. Bizim böyük sayda inteqrasiya proseslərimiz var ki, Ermənistana sanballı fayda gətirir. Həm siyasi, həm iqtisadi. Baş verənlərə gəldikdə isə…Yəqin ki, Putinin müharibənin dayandırılmasındakı şəxsi rolunu hamı yadda saxlamalıdır”.virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*