Azərbaycana 42 nəfər readmissiya olundubackend

Azərbaycana 42 nəfər readmissiya olundu

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan 39 nəfər Almaniya Federativ Respublikasından, 3 nəfər isə Avstriya Respublikasından ölkəyə geri qəbul edilib.

Bu barədə KONKRET.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

Qeyd olunub ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib:

“Fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*