Azərbaycana qarşı döyüşmək üçün müraciət edən rusiyalı ermənilərə Ermənistandan RƏDD CAVABI – VİDEObackend

Azərbaycana qarşı döyüşmək üçün müraciət edən rusiyalı ermənilərə Ermənistandan RƏDD CAVABI - VİDEO

Rusiyada yaşayan bir qrup erməni Ermənistana müraciət edib.

KONKRET.az  xəbər verir ki, bunu “Yerablur”da jurnalistlərə müsahibəsində qardaşı müharibə iştirakçısı olan erməni qadın deyib. O bildirib ki, Rusiyada yaşayan bir qrup erməni “gəlib vətənlərini müdafiə etmək üçün” Ermənistana müraciət edib. Ermənilər Ermənistan hökumətinin onlar üçün bilet almasını istəyiblər. Lakin onlara rədd cavabı verilib.

“Qardaşım və Rusiyadan olan bir qrup erməni bilet məsələsini həll etmək üçün Ermənistana üz tutub. Onlar gəlib vətəni müdafiə edə bilərdilər. Lakin qardaşımgilə rədd cavabı verilib.

Planlaşdırılan müharibə ilə Nikol Paşinyan Qarabağı təslim etdi. İndi Paşinyan sülh müqabilində Ermənistanı parça-parça təslim edir”, – deyə erməni qadın bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Teyyub
    Sentyabr 23, 2022 - 22:23

    Teyyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*