“Azərbaycana qarşı hücuma yox, müdafiəyə hazırlaşmalıyıq” – Manukyanbackend

"Azərbaycana qarşı hücuma yox, müdafiəyə hazırlaşmalıyıq" - Manukyan

Ermənistan müxalifətinin Baş Nazir postuna vahid namizədi Vazgen Manukyan erməniləri revanşizmdən uzaq durmağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, bu fikirləri Rusiyanın RBK agentliyinə müsahibəsində deyib.

V.Manukyan ordunu hücuma yox, müdafiəyə hazırlaşmalı olduğunu açıqlayıb:

“Hazırda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır… Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir”.

Qeyd edək ki, 74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir. O, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub. Hazırda Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*