Azərbaycanda 19 yaşlı oğlan Youtube videosuna görə intihara cəhd etdibackend

Azərbaycanda 19 yaşlı oğlan Youtube videosuna görə intihara cəhd etdi

Bərdədə intihara cəhd hadisəsi baş verib.

Konkret.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2000-ci il təvəllüdlü Abdulkərimov Kamal Rafiq oğlu mal-qaranı bitdən qorumaq üçün istifadə edilən dərmandan içib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Şatrlı kənd sakininin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Kamal feysbukda naməlum şəxslərlə mübahisə edib. Nəticədə onun dava etdiyi şəxslər Abdulkərimovun şəkillərindən ibarət video hazırlayaraq təhqiramiz ifadələrlə Youtubda paylaşıblar.

Yaxınlarının verdiyi məlumata görə, videonun silinməsi üçün Kamal hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin video silinmədiyi üçün o, özünü öldürmək istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*