backend

Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 264 namizəd müraciət edib”.

KONKRET.az-ın məlumatına görə, bunu KomissMərkəzi Seçkiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1 786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:

 “Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb. 807 nəfər 30 siyasi partiyanın üzvüdür”- deyə Məzahir Pənahov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*