Azərbaycanda 9 milyonluq şirkət bağlanırbackend

Azərbaycanda 9 milyonluq şirkət bağlanır

“Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.

KONKRET.az xəbər verir ki, Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1040 Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov (Bakixanov qəs.) küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 9 320 000 manat olan şirkətin qanuni təmsilçisi Qarayeva Könül İsmayıl qızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*