Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli KONKRET.az-a bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “BMW” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.
A.Əsgərli deyib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımi tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
***
16:24
Bakının Səbail rayonunda,Lermontov-19 ünvanında qəza qeydə alınıb.
KONKRET.az xəbər verir ki, iki “BMV” markalı maşın toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində yaralanan var.
Hadisə yerindən eksklüziv görüntüləri təqdim edirik:

