İmişli bazarında yanğın söndürüldü – YENİLƏNİB/VİDEObackend

İmişli bazarında yanğın söndürüldü - YENİLƏNİB/VİDEO

İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.

19:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə briqadaları yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*