Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu – 4 nəfər öldübackend

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu - 4 nəfər öldü

Azərbaycanda koronavirusa 41 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə KONKRET.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus analizi nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 641 nəfər müalicə olunaraq sağalıb, 9 679 nəfər vəfat edib. aktiv xəstə sayı 375 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 696, bu günə qədər isə ümumilikdə 6 681 983 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*