Azərbaycanda ildırım vuran 3 nəfərdən 2-si öldü – Kabus kimi gecəbackend

Azərbaycanda ildırım vuran 3 nəfərdən 2-si öldü – Kabus kimi gecə

Azərbaycanda daha bir nəfəri ildırım vurub.

KONKRET.azın məlumatına görə, növbəti bədbəxt hadisə Gəncədə baş verib.

Belə ki, şəhərin Həsən Əliyev küçəsində 24 yaşlı O.Quliyevi ildırım vurub.

O, ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Tovuzda da 14 yaşlı Səbuhi Abdullazadəni ildırım vuraraq öldürüb.

Daha bir ildırım vurma nəticəsində ölüm hadisəsi isə Şəmkirdə baş verib.

Son məlumata görə, Yeni Həyat qəsəbəsində 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vuraraq öldürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*