Azərbaycanda “Omikron” ştamına yoluxma qeydə alınıb? – RƏSMİbackend

Azərbaycanda “Omikron” ştamına yoluxma qeydə alınıb? - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasının “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb./report/

  • Vuqar
    Dekabr 20, 2021 - 20:09

    Bizdə o sahədə mütəxəssis var ki, desin bu virus Delta və ya Omikrondu?? Əgər varsa çox sevindim .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*