Azərbaycanda son sutkada 7 704 nəfər COVID-19-a yoluxdu – 23 nəfər öldübackend

Azərbaycanda son sutkada 7 704 nəfər COVID-19-a yoluxdu - 23 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib. 40 796 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, bu günə qədər isə ümumilikdə 6 248 414 test icra olunub.

  • Ali
    Fevral 5, 2022 - 20:32

    Sərhəd bağlıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*