Azərbaycanda tələbə qızlar zəhərləndi – Ölən də varbackend

Azərbaycanda tələbə qızlar zəhərləndi - Ölən də var

Bakı Dövlət Universitetinin  2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.

KONKRET.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.

Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar.

20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Hələlik hadisənin baş vermə səbəbi məlum deyil”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*