Azərbaycanda yoluxma sayı niyə artıb? – ÜST rəsmisi AÇIQLADIbackend

Azərbaycanda yoluxma sayı niyə artıb? - ÜST rəsmisi AÇIQLADI

“Son günlər Avropada koronavirusa yoluxma sayında azalma müşahidə edilir”.

KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda yumşalma tədbirləri tətbiq edildiyindən, daha sonra metronun açılmasından sonra xəstəlikdə artım müşahidə edildi:

“Artım özünü daha sürətli şəkildə iri ticarət mərkəzlərinin açılması və son yumşalma tədbirləri çərçivəsində büruzə verdi”.

H.Harmancı bildirib ki, peyvənd hazırlandıqdan sonra onun əlçatan olması üçün bütün tədbirlər görüləcək: “Bu dövrə qədər də qoruyucu tədbirlərə ciddi əməl etməliyik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*