Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTObackend

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nə yeni müdir təyin edilib.

KONKRET.az xəbər verir ki, mərkəzin direktoru vəzifəsinə gömrük xidməti mayoru, əczaçılıq üzrə fəlsəfə doktoru Fərid Əliyev təyinat alıb.

O, bundan əvvəl Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Fərid Əliyev 2002-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirib, 2004-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışıb. 2018-cı ildən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalında menecer, sonra isə Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifələrində çalışıb./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*