“Azərbaycanı Hindistan silahları ilə qorxutmaq olmaz” – AÇIQLAMAbackend

"Azərbaycanı Hindistan silahları ilə qorxutmaq olmaz" - AÇIQLAMA

Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika almasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb.

Ermənistanın silahlanması Azərbaycan üçün hər hansı təhlükə yaradırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa hesab edir ki, Ermənistanın sülhə marağının olmaması Azərbaycan üçün təhlükə ehtiva edir:

Fazil Mustafa güllələndi — Yenilənib

“Ermənistanın hər hansı bir formada silahlanması bizi təbii ki, narahat edir. Amma Azərbaycan kifayət qədər güclü dövlətdir. Hər hansı bir şəkildə bu cür təhlükələrin qarşısını almağa qadirdir. 44 günlük savaşdan öncə Ermənistana yüzlərlə ölkə dəstək verirdi. Nə oldu? Sahədə tamamilə başqa bir mənzərə ortaya çıxdı. Azərbaycan indi də yatmayıb və öz təhlükəsizliyini qorumağa hazırdır. Biz sülh gündəliyi yaratmağa ona görə çalışırıq ki, barış bərpa olunsun, müharibəyə son verilsin. Bizə başqa variant diktə olunacaqsa, onun da cavabını verməyə hazırıq. Ona görə də Hindistanın, Fransanın silahları ilə Azərbaycanı qorxutmaq olmaz. Azərbaycanla ancaq danışığa getmək lazımdır. Azərbaycandan ancaq mərhəmət diləmək lazımdır ki, Ermənistan sakit və rahat şəkildə öz gələcəyini qura bilsin. Əks halda bunun nəticələri Ermənistan üçün çox ağır olacaq”.

Politoloq Turan Rzayev isə qeyd edir ki, Ermənistanın silahlanması ilə yanaşı hərbi kadr hazırlığı da yüksək səviyyədə olmalıdır:

Taliban” lideri İrana müharibə elan etdi... - Nə baş verir?

“Amma bu olmadığına görə, Ermənistanın aldığı silahlar Azərbaycan üçün hansısa təhlükə mənbəyi deyil. Hindistanın silahları modern deyil. Ermənistanın hazırkı hərbi xərcləri ilə yalnız Hindistandan silah ala bilər. Hindistan tərəfindən silahlanması yaxşıdır ki, o silahların real döyüş şəraitində effektiviliyinin sınanmasının şahidi olmamışıq. Azərbaycanda bu silahları yerində məhv edəcək qurğular var. Ermənistanı silahlandıran ölkələr sırasında Fransa da xüsusi yer tutur. Hindistanla müqayisədə Fransanın göndərdiyi silahlar daha ciddi silahlardır. Amma Fransanın göndərdiyi silahlardan istifadə etmək üçün hərbi kadrların hazırlanmasına ehtiyac var. Bu silahları istifadə edəcək kadr çatışmazlığı olduğu üçün yaxın gələcəkdə Ermənistanın bu silahlardan yararlanacağı real görünmür. 44 günlük müharibə zamanı Ermənistanın zabit kadrlarının əksəriyyəti məhv edilib. Aldıqları silahları kim idarə edəcək? Bunlar sadə məsələlər deyil. Azərbaycana qarşı yeni təhlükənin olacağını düşünmürəm. Xüsusilə yeni müharibənin olması ehtimalını zəif hesab edirəm. Kifayət qədər həssas sülh müqaviləsi prosesinin içərisindəyik. İstənilən halda sülh müqaviləsi dalana dirənə, nəticəsiz bitə bilər. Qarşımızda Ermənistan kimi sözünü tutmayan bir ölkə var. Onun rahat təsir dairəsinə düşdüyünü də nəzərə alsaq, sülh müqaviləsinin uzanması, prosesin dayanması daha riskli ehtimaldır. Bakını çəkindirən, narahat edən əsas məqam budur”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*