Azərbaycanın addımı Rusiyanı hərəkətə keçirdi – Putin fikrini dəyişib?backend

Azərbaycanın addımı Rusiyanı hərəkətə keçirdi - Putin fikrini dəyişib?

Son günlərdə Rusiya Ermənistan və Azərbaycan ilə müxtəlif sahələrdə münasibətləri intensivləşdirib.

KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, məşhur aysor.am nəşri yazır ki, son günlər Putin Ermənistana qarşı münasibətlərdə fərqlilik sərgiləyir. Nəşrə görə Putinin bu davranışlarına səbəb Azərbaycan Prezidentinin Türkdilli Ölkələr Şurasında cəsarətli açıqlamaları ola bilər.

Rusiyanın fəallaşması həm Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri ilə dünənki görüşlərində, həm də Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana və Bakıya etdiyi səfərlərdə və Rusiya Prezidenti Vladimir Putin, İlham ƏliyevNikol Paşinyan vəarasında telefon danışıqlarında da özünü göstərdi.

Putin və Kremlin Ermənistan hökumətinə münasibətini nümayiş etdirən digər diqqətəlayiq epizod isə Putinin Paşinyan və Əliyevlə telefon danışıqlarıdır. Putin-Paşinyan telefon danışığının təşəbbüsü erməni tərəfinin təklifi ilə 26 martda baş tutub. Ehtimal olunur ki, 1 apreldəki Putin-Əliyev söhbəti isə Rusiya tərəfinin təşəbbüsüdür.

Kremlin rəsmi saytında yerləşdirilən açıqlamada iki zəng arasındakı fərqlər diqqətəlayiqdir. Baxmayaraq ki, Kreml ənənəvi olaraq Ermənistan və Azərbaycan liderləri arasındakı təmaslarda bərabərliyi qorumağa çalışırdı.

Məsələ ondadır ki, Kremlin açıqlamalarında Paşinyanla Putin arasındakı demək olar ki, bütün telefon danışıqları barədə xəbərlərdə Rusiyanın bu addımı Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirdiyi bildiririlir. Baxmayaraq ki, Paşinyan bu münasibətlərdən bir şey gözlədiyini vurğulayır, Kreml isə heç bir qiymət vermir. Bu Ermənistan-Rusiya münasibətlərinə diqqət çəkən bir həqiqətdir./Metbuat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*