“Azərbaycanın son sərhəd gənginliyində böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək gözləməsinə ehtiyac yoxdur, yetər ki, bizə mane olmasınlar”.
Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu fikir bildirib. O qeyd edib ki, bu məsələlərdə Türkiyənin dəstəyi kifayətdir: “Müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıqdır ki, Azərbaycanı təkləməyə çalışmasınlar. Böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan iki gözləntimiz olmalıdır. Birincisi, Azərbaycan əleyhinə açıqlama verməsinlər. ikincisi, İrəvana telefon açanda, Bakıya da zəng etsinlər. Hələ ki, buna riayət olunur”.
Müşviq Tofiqoğlu
KONKRET.az
