Azərbaycanın düşmənləri iş başında – Nəyə nail olmaq istəyirlər?backend

Azərbaycanın düşmənləri iş başında – Nəyə nail olmaq istəyirlər?

Azərbaycanın dövlətinin güclü və qürurlu duruşunu beynəlxalq arenada qətiyyən görmək istəməyən bəzi xarici və daxili revanşist qüvvələrin vətənimizdə baş verən istənilən neqativ hadisəyə sevinməsi şübhə doğurmur.  

Son günlər bir-birinin ardınca baş verən əcaib hadisələr “xoruzun quyruğunun görünməsi” təəssüratını yaradır. Sözsüz ki, bütün nüanslar hüquq-mühafizə orqanları tərəfindən bütün xırdalığına qədər araşdırılacaq. Bu versiyaya görə, kimsə bizi qınaya bilər, lakin Prezident İlham Əliyevin andiçmə mərasiminə və onun dünyaya ünvanladığı qətiyyətli mesajlara kölgə salmaq cəhdləri ortadadır.

Sanki hansısa qüvvələr Prezident İlham Əliyevin ölkəmizdə xoşbəxt ailə dəyərlərinin, məktəb tərbiyəsinin mövcud olduğu, cəmiyyətimizin əsasını təşkil edən milli-mənəvi dəyərlərin sarsılmazlığına nail olmaq barədə fikirlərinə güclü şəkildə xələl gətirmək istəyir.

Deyəsən belə qüvvələr unudurlar ki, parlaq siyasətçi və görkəmli dövlət xadimi olan İlham Əliyevin vaxtilə ailə üzvləri ilə bağlı bütün məmurlara ciddi xəbərdarlıq edib. Düz 8 il öncə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş 26 yanvar 2016-cı il tarixli konfransda İlham Əliyev belə demişdi:

“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”, – deyə dövlət başçımız bildirmişdi.

İnanırıq ki, belə mövqeyə malik dövlət başçısının yürütdüyü düzgün siyasət nəticəsində ölkəmizin neqativ hadisələrlə yüklənməsində maraqlı olan qüvvələrin cəhdləri növbəti dəfə boşa çıxacaq.

Səid,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*