Azərbaycanın Müdafiə naziri: “Aprel döyüşlərində 560 erməni məhv edildi”backend

Azərbaycanın Müdafiə naziri: “Aprel döyüşlərində 560 erməni məhv edildi”

“2016-cı ilin Aprel döyüşlərində ermənilər bizdən 10 dəfə daha çox itki veriblər”.

KONKRET.az CBC-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

“Biz haqq yolundayıq, biz Vətən üçün savaşırıq. Bəs onlar nə üçün savaşır? 2016-cı ildə onlar bizdən 10 dəfə daha çox itki veriblər. Texnikanı götürsək, biz sadəcə 1 tank itirdik, onu da sonrada təmir etdik. Ermənilər isə 33 tank itirib, biz 1 top itirmişik, onlar 15 top. Bizdə olan məlumata görə, onlar 322 nəfər itiriblər. Məlum olub ki, bu azaldılmış rəqəm imiş. Onlar komissiyada 560 nəfərin öldüyünü ağızlarından qaçırdıblar. Mən axı özüm də ön xətdə idim. Biz axı onların necə qaçdığını görürdük”, – Müdafiə naziri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*