Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə daha 48 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunduğunu elan edib.
KONKRET.az xəbər verir ki, aşağıdakı kəndlər və yüksəkliklər azad olunub.
Xocalının Şuşakənd, Muxtar, Daşaltı,
Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq,
Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi,
Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər,
Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli,
Laçının Güləbürd, Səfiyan, Türklər.
Bu gün günorta isə daha 23 kəndin azad edildiyi aşıqlanmışdı. Beləliklə, Şuşadan dərhal sonra Prezidentdən yeni böyük müjdə gəldi – ümumən 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğaldan azad olundu.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
