Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
KONKRET.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb.
Onun üzərindən 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
F.Buğluyev narkotik vasitəni satmaq məqsədilə sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Buğluyev barəsində həbs qətimkan tədbiri seçilib.
