Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaqbackend

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistan səfiri “Twitter”də bildirib.

Səfir Bilal Hayee bildirib ki, görüşdə Pakistan və Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.

“COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam”, – deyə səfir qeyd edib.

mənbə: APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*