Azərbaycanlı aktyorun evində PARTLAYIŞ- FOTO- YENİLƏNİBbackend

Azərbaycanlı aktyorun evində PARTLAYIŞ- FOTO- YENİLƏNİB

11:48

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman xəstəxanaya yerləşdirilib. 

KONKRET.az xəbər verir ki, aktyorun yaşadığı mənzildə partlayış olub.

Aldığımız məlumata görə, Cavid Telmanın vəziyyəti ağırdır.

O, 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsində müalicə alır.

***

Yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

KONKRET.az-ın reporta istinadən məlumatına görə, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib ki, aktyorun vəziyyəti ağırdır.

Onun sözlərinə görə, C.Telman 5 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

“Hadisə hamam otağındakı su qızdırıcı cihazın partlaması nəticəsində baş verib. Aktyorun aşağı ətraflarında ciddi yanıq xəsarətləri var. Həkimlər hələ dəqiq söz demir və müalicə tədbirləri davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*