Azərbaycanlı ana lezbiyan qızını zorla Rusiyadan Bakıya gətirdi, evdə dustaq etdibackend

Azərbaycanlı ana lezbiyan qızını zorla Rusiyadan Bakıya gətirdi, evdə dustaq etdi

Krasnoyarsk sakini olan qadın lezbiyanlığını etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantları əlindən alıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə İsmayılovanın dostu “NGS24” nəşrinə məlumat verib.

Milliyyətcə azərbaycanlı olan İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur.

Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb. Qızın növbəti dəfə evdən getməsindən sonra ana qızını geri qaytarmağa çalışıb. Qızını sevdiyini və onu olduğu kimi qəbul etdiyini deyən ana qızının evə dönməsini istəyib.

İsmayılova evinə geri döndükdən sonra anası qızına Azərbaycana getməyi təklif edib. Qız bunu istəməsə də, anasının əli sındığı üçün razılaşıb, amma şərt qoyub ki, yenidən Krasnoyarska qayıdacaq.

Bakıda sənədləri əlindən alınan qız evdən qaçaraq rəfiqəsinə sığınıb. Lakin doğmaları onu geri qayıtmağa məcbur edir və inandırırlar ki, telefonu, sənədləri və pulları özünə qaytarılacaq. Ancaq bunu etmirlər.

Qız qardaşının telefonundan gizlin şəkildə rəfiqəsinə ismarıc yollayır, ancaq yenə onunla əlaqə itir. Bir neçə gündən sonra qız döyüldüyünü və qaçmaması üçün əllərinin bağlandığını rəfiqəsinə çatdıra bilib.

Növbəti dəfə qız evdən qaçaraq, şəxsiyyətini təsdiq edən sənədlərin verilməsi üçün səfirlik vasitəsilə Krasnoyarska sorğu göndərir. Ancaq qız yenidən tapılır və zorla aparılır. Bundan sonra qızdan bir daha xəbər alınmayıb.

Rəfiqəsi səfirliyə müraciət etdiyini, ancaq oradan polis idarəsinə yönləndirildiyini bildirib – orada qızın yerinin öyrənilməsi üçün ərizə yazmağa çalışıb. DİN bu məlumatı təsdiqləyib, qurum yoxlamalara başlayıb.

Rusiyada və Azərbaycanda LGBT icmasını dəstəkləyən könüllülər və fəallar da qızın itməsi barədə məlumat yayıblar.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*