Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti Məhəmməd Əliömərov koronavirus səbəbindən dünyasını dəyişib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.
M. Əliömərov 67 yaşında vəfat edib.
Qeyd edək ki, Məhəmməd Əliömərov 2008-ci ildən 2017-ci ilin əvvəlinə qədər Azərbaycan Güləş Federasiyasında sərbəst güləş üzrə vitse-prezident işləyib. 2012-ci ildə isə o, qadınlardan ibarət Azərbaycan yığmasını London Olimpiadasına baş məşqçi kimi çıxarıb.