Azərbaycanlı İrəvanda mənzil alıb – Ermənistanın Kadastr Komitəsibackend

Azərbaycanlı İrəvanda mənzil alıb – Ermənistanın Kadastr Komitəsi

2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda çoxmənzilli yaşayış binalarından 3 mənzil alıb. Həmin mənzillərin üçü də paytaxt İrəvanda yerləşir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsindən məlumat verilib.

Qeyd olunur ki, 2022-ci ildə Türkiyə vətəndaşları Ermənistanda, həmçinin İrəvanda 11 mənzil alıblar.

Kadastr Komitəsi həmçinin bildirib ki, 2022-ci ildə isə biri İrəvanda, ikincisi isə Lori rayonunda 2 fərdi yaşayış binası alınıb:

“Ermənistan Respublikasında Türkiyə vətəndaşları 2023-cü ildə İrəvanda çoxmənzilli yaşayış binasında 2 mənzil və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. Həmin müddət ərzində Azərbaycan vətəndaşı çoxmənzilli 1 mənzili satıb”, – deyə Komitə məlumat yayıb.

Kadastr Komitəsinin əvvəllər dərc etdiyi məlumatlara görə, 2023-cü ildə Ermənistanın daşınmaz əmlak bazarında xarici vətəndaşlar tərəfindən 4479 alqı-satqı əməliyyatı həyata keçirilib.

Yada salaq ki, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*