Azərbaycanlı iş adamı bu ölkədə İTKİN DÜŞDÜbackend

Azərbaycanlı iş adamı bu ölkədə İTKİN DÜŞDÜ

Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç rayonunda yaşayan azərbaycanlı iş adamı,1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.

KONKRET.az report-a istinadən xəbər verir ki, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.

K.Kərimov Krasnıy Luç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*