
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyi ölkədə 30 günə qədər olan bütün xarici ölkə vətəndaşlarının müvəqqəti qeydiyyatını ləğv edib. Miqrasiya qanunvericiliyinə müvafiq dəyişiklikləri 28 dekabr 2019-cu ildə Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev imzalayıb.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən əcnəbi ölkəyə gəldiyi andan beş iş günü ərzində miqrasiya xidmətində qeydiyyatdan keçməli idi.
