“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqbackend

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” ASC Novruz bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Bu barədə KONKRET.az-a qurumdan bildirilib.

Məlumata görə, səhmdar cəmiyyətinin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq ediləcək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətindədir.

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

“İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar “Azərişığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*