Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaqbackend

Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən KONKRET.az-a verilən məlumata görə, avqustun 27-si saat 23:59-dan avqustun 28-i saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*