Babayan SƏRSƏMLƏDİ: “Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz, olsa, müvafiq reaksiya veriləcək” – VİDEObackend

Babayan SƏRSƏMLƏDİ: "Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz, olsa, müvafiq reaksiya veriləcək" - VİDEO

“Qarabağın yerinə heç kim qərar verə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “xarici işlər naziri” David Babayan erməni mediasına müsahibəsində deyib. O, Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsini şərh edib.

“Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük, “arsax”ın yerinə heç kim qərar verə bilməz və qəbul olunarsa, müvafiq reaksiya da olacaq.

Bizim aydın şəkildə formalaşdırılmış qırmızı xəttimiz var, onun haqqında daim danışırıq. Biz daim bəyan etməliyik ki, baxışımız dəyişməyib: Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz, bundan söhbət belə gedə bilməz.

Sabah kimsə Qarabağı Azərbaycana birləşdirməyə çalışsa, bu, yeni müharibəyə, soyqırıma, deportasiyaya gətirib çıxaracaq.

Qadınları və uşaqları çıxarmaq olar. Amma kişilər qalıb ölümünə döyüşəcək, bu, bizim seçimimizdir.

Amma biz bu ölkənin bir hissəsi olmayacağıq, çünki bu, təkcə Qarabağın deyil, həm də Ermənistanın məhvinə gətirib çıxaracaq”, – deyə Babayan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*