“Bakı cəsarət etməyəcəkdi?” – Paşinyandan Koçaryana SƏRT CAVABbackend

"Bakı cəsarət etməyəcəkdi?" - Paşinyandan Koçaryana SƏRT CAVAB

Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezident Robert Koçaryanın “dövlət başçısı mən olsaydım, Ermənistan məğlub olmayacaqdı” açıqlamasına cavab verib.

KONKRET.az xəbər verir ki, Paşinyan sentyabr, oktyabr və noyabr aylarında Ermənistanda hakimiyyətdə olmayan istənilən şəxsin oxşar şeyləri deyə biləcəyini söyləyib:

“Heç kim bunun əksini sübut edə bilməz. Sorğu keçirəkmi? Bioqrafiyası və ya adından asılı olmayaraq, istənilən şəxs deyə bilər ki, mən dövlət başçısı olsaydım, Azərbaycan hücum etməyə cəsarət etməzdi və biz məğlubiyyətə düçar olmazdıq. Lakin biz həm də məğlubiyyətimizin dərin köklərini həqiqətən anlamalıyıq. Yaxşı, əgər bu məğlubiyyət iki il və ya iki ay ərzində baş veribsə, gəlin bunu sübut edək”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*