Bakı İsraillə birgə Avropada hərəkətə keçə bilərbackend

Bakı İsraillə birgə Avropada hərəkətə keçə bilər 

Fransa Prezidenti Emmanuel Makron Ermənistanı açıq-aşkar dəstəkləməklə, birincisi, münaqişənin həllində tərəfsiz vasitəçi statusunu itirmiş oldu, ikincisi, Azərbaycanla münasibətlərə zərər vurdu. Əlbəttə, Azərbaycan Ordusu Dağlıq Qarabağda hərbi əməliyyatı uğurla bitirdikdən və Ermənistanı sülhə məcbur etdikdən sonra Bakı ilə Paris arasındakı münasibətlərdə yenidən normallaşma mümkündür. Ancaq bu normallaşmanı və sağlam əlaqələri Makrondan sonrakı prezidentlə qurmaq mümkün olacaq.

 KONKRET.a zAxar.az-a istinadən  xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan bu yana Fransa ilə tərəfdaşlıq münasibətlərinə çalışıb:

“Buna baxmayaraq, Fransadakı erməni diasporu bu münasibətlərə hər zaman mane olmağa çalışıb. Bu səbəbdən rəsmi Bakı 1990-cı illərin ortalarında Avropa dövlətlərindən Fransanın ATƏT-in Minsk Qrupunun üçüncü həmsədr təyin edilməsinə etiraz etmişdi. Rəsmi Bakı neytral dövlət kimi Almaniyanın üçüncü həmsədr olmasını istəyirdi. Ancaq ATƏT-in o illərdəki sədri rəsmi Bakının rəyini nəzərə almadan Fransanı üçüncü həmsədr olaraq təyin etdi və biz fakt qarşısında qaldıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*