Bakı küçələri “Milli Malenalarla” dolubbackend

Bakı küçələri "Milli Malenalarla" dolub

Əli Məhərrəmli

Yəqin ki, Monika Beluççinin canlandırdığı “Malena” filmini görmüsünüz? Müharibə illərində ehtiyacdan bədənini satan italyan qadınların ağır həyatından bəhs edir.
Bakı küçələri də dolub “Milli Malenalarla”. Şəhərdə hər ərəbin yanında az qala bir azərbaycanlı qız əzizlənə-əzizlənə sürtüşürlər bu ərəblərə.
Ötənlərdə gözəl-göyçək bir qız qoca və nəyvənd bir ərəbin az qalır şəhərin ortasında təpəsinə dırmaşırdı. Ərəbi də itə atsan tamah salmaz ha. Qızcığaz qırıq-quruq ingiliscəsiylə kişiyə iltifat yağdırır. O da özünü matax bir p..x zənn edib, ağır-ağır gülümsəyir. Qəşəngcə də qızdır. Bəlkə başqa vaxtı yaxınlaşıb söz desən adamın üzünü cırar. Di gəl, ərəbin yanında əldən-ayaqdan gedib.
Nə olub? Axı nə baş verir? O ərəb də bilir ki, sən onun eybəcər görkəminə vurulmamısan. Elə bilirsən, ərəblərin hamısı neft maqnatıdır?
Biri bunlara başa salsın ki, o varlı ərəblər şəhərdə veyillənmir. Onların qrafiki, oturub-durduğu adamların siyahısı əvvəlcədən hazırlanır və əmin ol sən o, siyahıya düşəsi deyilsən. Sənin tapdıqların ac-gic ərəblərdir. İndi dəvəni satıb gəliblər. Hələ ki, ciblərində üç-beş dollar var deyə özlərini artıq bir şey hesab edirlər. Bu da özünü Dubay sahillərində ağ gəlinlikdə xəyal edir.
Yəqin bunlar elə bilir ərəblər alıb aparıb bunları özlərinə arvad edəcəklər?
Vallah alası deyillər! Alsalar da, onlar arvad saxlayan zad deyillər. Aparıb Yəməndə, Suriyada qul kimi basıb işlədəcəklər. Səsini də çıxaranda başına bir güllə vurub atacaqlar çöllüyə….
Xülasə bunun bir adı var. “Bədən satmaq!”
Və bildiyim bircə şey var…
Kişisi Vətənini, qadını bədənini satan xalqlar bədbəxtdir və gec-tez yox olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*