Bakı Limanında bu ilin ilk on ayı ərzində nə qədər yük aşırılıb? – RƏSMİbackend

Bakı Limanında bu ilin ilk on ayı ərzində nə qədər yük aşırılıb? - RƏSMİ

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ələt Qəsəbəsində 2018-ci ildən fəaliyyətə başlayıb.

Bu barədə KONKRET.az-a açıqlamasında Limanın mətbuat katibi Elmar Həbibli məlumat verib.

O bildirib ki, Limanın yükaşırma göstəriciləri hər il, o cümlədən pandemiya dövründə də artıb. Belə ki, pandemiya dövründə artım 20 faizdən çox olub. Bu ilin ilk on ayı ərzində isə Bakı Limanı vasitəsi ilə 5 milyon 356 min ton yük aşırılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.

Qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində Bakı limanı vasitəsi ilə 44 min tondan çox konteyner aşırılıb ki, bu da 28 faizlik artım deməkdir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*