Bakı limanında ötən ilin eyni dövrü ilə müqayisədə 31,5 faiz təkərli texnika aşırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı limanının mətbuat katibi Elmar Həbibli məlumat verib.
O bildirib ki, ümumilikdə aşırılan təkərli texnikaların sayı 41 min ədəddən çoxdur.
Eyni zamanda minik avtomobillərinin aşırılmasında da artım müşahidə edilib.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox minik avtomobilləri aşırılıb.
Qeyd edək ki, yüklər əsasən Orta Asiya limanından, xüsusən də Çindən daxil olur. Bu yüklər Bakı Limanı vasitəsi ilə Avropanın müxtəlif ölkələrinə yönləndirilir.
Məlumat üçün bildirək ki, Bakı Limanı vasitəsi ilə aşırılan yüklərin 90 faizdən çoxu məhz tranzit yönümlüdür. Elmar Həbibli onu da əlavə edib ki, Bakı Limanının illik yükaşırma gücü 15 milyon tondan 25 milyon tona qədər artırılacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az
