Bakı metrosuna giriş bərpa olundubackend

Bakı metrosuna giriş bərpa olundu

Bakı metrosu texniki nasazlıq səbəbindən iki saat bağlı olub.

KONKRET.az  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun səhər saatlarında bağlı olması təsərrüfat qatarında yaranan problemlə bağlı olub:

“Bakı Metropoliteni”ndə gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırıldıqdan sonra “Bakı Metropoliteni”nin xətləri təlimat tələblərinə uyğun olaraq təkrar yoxlanılıb. Artıq elektrik qatarları xəttə buraxılıb və stansiyalar sərnişinlərin girişinə açılıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*